Ronaldu dubl etdi, Ən Nəsr qələbə qazandı

04.02.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Asiya Çempionlar Liqasının Qərb qrupunda 7-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu doğma meydanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Vəsl" komandasını qəbul edib.

Meydan sahibləri qonaqların qapısından 4 cavabsız top keçiriblər - 4:0.

39 yaşlı Kriştianu Ronaldu dubla imza ataraq komandasının qələbəsində böyük pay sahibi olub.

Hazırda Səudiyyə klubu 16 xalla qrup 3-südür. BƏƏ təmsilçisi isə 11 xalla 5-ci sırada qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью