Ronaldu dünya çempionatında oynamaqdan imtina etdi

07.06.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyunun 30-da Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"lə müqaviləsi başa çatacaq Kriştianu Ronaldu klublararası dünya çempionatında iştirak etməyəcək.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə portuqaliyalı hücumçunun özü açıqlama verib.

40 yaşlı forvard heç bir klubun qarşıdakı yarışda oynamaq üçün təklifini qəbul etməyəcəyini bildirib.

"Çoxsaylı dəvət və təkliflərə rəğmən, klublararası dünya çempionatına qatılmayacağam. Bu məsələ demək olar ki, həll olunub. Danışıqlar, təmaslar var idi. Amma qısa, orta və uzunmüddətli perspektiv barədə də düşünmək lazımdır", - deyə Ronaldu vurğulayıb.

Qeyd edək ki, dünya çempionatı 15 iyun - 13 iyulda ABŞ-da keçiriləcək. Kriştianu Ronaldunu, son olaraq, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun icarəyə götürəcəyinə dair xəbərlər yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью