Ronaldu Əl Nəsr dən ayrılmaq fikrindədir Onu almaq istəyən bu qədər ödəyəcək

03.02.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Kriştianu Ronaldu cari mövsümün sonunda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"dən ayrılmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.

Məlumata görə, 40 yaşlı superulduz özünü indiki klubunda xoşbəxt saymır. Mənbə "Əl-Nəsr"in portuqaliyalı hücumçunu 50 milyon avroya sata biləcəyini vurğulayıb. Ronaldunun Avropada və ya MLS liqasında oynamaq istədiyi bildirilib. 

Kriştianu 2023-cü ildən Səudiyyə Ərəbistanındadır. Sözügedən futbolçunun Ər-Riyad təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью