Ronaldu “ƏlNasr”la müqaviləsinin müddətini uzadacaq

14.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Beşqat “Qızıl top”un sahibi portuqaliyalı hücumçu Kriştiano Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu ilə müqaviləsinin müddətini uzadacaq.

“Report” xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqavilə 2026-cı ilin iyun ayına qədər davam edəcək.

Ronaldunun “Əl Nasr”lə hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Futbolçunun 39 yaşı var və 2023-cü ildən “Əl-Nasr”da çıxış edir. Bu mövsüm portuqaliyalı klubda 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью