Ronaldu gənc azarkeş üçün məşqini dayandırdı VİDEO

28.09.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kriştianu Ronaldu UEFA Millətlər Liqasında Norveç və Portuqaliya milliləri arasında keçirilən matçda yaddaqalan an yaşadıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı hücumçu görüşə ehtiyat oyunçular skamyasında başlayıb və ikinci hissədə meydanın kənarında isinmə hərəkətləri edib. Bu zaman gənc azarkeş Ronaldunun tərəfinə markerlə birlikdə Portuqaliya millisinin formasını atıb.

Kriştianu oğlanın xahişini diqqətdən qaçırmayıb. O, isinmə hərəkətlərini dayandıraraq formanı imzalayıb və yenidən tribunaya göndərib.

Kumirinin imzası olan formanı alan gənc azarkeş duyğularını gizlədə bilməyib. Yaxınlıqdakı azarkeşlər isə Ronaldunun bu addımını alqışlarla qarşılayıblar.

Ronaldu isə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Portuqaliya millisi isə Norveç üzərində 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью