Icma.az bildirir, Idman.biz portalına istinadən.
Kriştianu Ronaldu Portuqaliya millisindən ayrıldıqdan sonra komandanın oyunlarına marağın azalması ilə bağlı iddialar yayılıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Portuqaliya millisinin oyunlarına biletlərin qiymətinin 120 avrodan 17 avroya qədər düşdüyü bildirilir.
Lakin bu rəqəmlərin eyni kateqoriyalı biletlərə və rəsmi satış qiymətlərinə aid olduğu təsdiqlənməyib.
Qeyd edək ki, Kriştianu Ronaldu noyabrın əvvəlində Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, yığmanın heyətində 234 oyun keçirib və 146 qol vurub.