Ronaldu ilə Fiqunu futbola gətirən skaut vəfat etdi

09.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Portuqaliyanın "Sportinq" klubunun görkəmli skautu Aurelio Pereyra 77 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mütəxəssis 1988-ci ildən Portuqaliya nəhəngində istedadlı gənclərin üzə çıxarılmasına cavabdeh idi. "Şirlər"in akademiyasına Kriştianu Ronaldu, Luiş Fiqu və Paulu Futreni gətirən Pereyra olub.

"O, Portuqaliya və "Sportinq" tarixinin ən böyük skautlarından biri kimi yadda qalacaq", - klubun açıqlamasında belə deyilib.

Xatırladaq ki, Kriştianu 2002-ci ildə "yaşıl-ağlar"ın heyətində debüt edib, növbəti il ​​isə 12,24 milyon avroya "Mançester Yunayted"ə keçib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью