Ronaldu İrlandiya ilə oyunda qırmızı vərəqə aldı

14.11.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu 2026 Dünya Çempionatının seçmə mərhələsində İrlandiya yığmasına qarşı səfər oyununda birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Görüşün 61-ci dəqiqəsində Ronaldo irlandiyalı müdafiəçi Darra O’Şiyə dirsəyi ilə zərbə endirdiyi üçün hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O vaxtadək matçda İrlandiya 2:0 hesabı ilə öndə idi.

Qırmızı vərəqəyə baxmayaraq, Portuqaliya F qrupunda liderliyini qoruyur və 10 xala malikdir. Portuqaliyanı 8 xalla Macarıstan, 7 xalla İrlandiya və 3 xalla Ermənistan izləyir. Seçmə mərhələnin son turunda 16 noyabrda Portuqaliya doğma meydanda Ermənistanla, İrlandiya isə səfərdə Macarıstanla qarşılaşacaq.

40 yaşlı Kriştianu Ronaldu beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqası qalibidir. O, eyni zamanda milli komandalar tarixində ən çox qol vurmuş futbolçu statusunu da qoruyur.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью