Ronaldu karyerası ərzində 15 ci dəfə bir mövsümdə 20 dən çox qol vurub

05.04.2025

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 15-ci dəfə bir mövsümdə 20-dən çox qol vurub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bunu ötən gün “Əl-Hilal”a qarşı səfər matçında (3:1) dubla imza atmaqla reallaşdırıb.

Portuqaliyalı futbolçu həmçinin karyerasının 931-ci qoluna imza atıb.

Qeyd edək ki, K.Ronaldu Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 25 oyun keçirib, 21 qola və 3 məhsuldar ötürməyə imza atıb. Futbolçunun "Əl-Nsər"lə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir. Onun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью