Ronaldu karyerasının sonu barədə danışdı: “Hər şey ola bilər”

23.09.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu bu mövsümün onun üçün sonuncu ola biləcəyini istisna etməyib.

“Bu mövsüm mənim üçün sonuncu fəsil olacaq? Hər şey ola bilər, bilmirəm. Mümkündür ki, bu, mənim son mövsümümdür. Amma dəqiq bir şey deyə bilmərəm.

Əgər bədənim və zəhmim imkan versə, hər şey ola bilər. Əgər optimal formada olsam... Nə baş verəcəyini bilmirəm”, – deyə Ronaldu mətbuat konfransında bildirib.

Qeyd edək ki, Ronaldu Millətlər Liqasında Uelsə qarşı matçda start heyətində meydana çıxacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью