Ronaldu Klublararası Dünya Çempionatında iştirak edə bilər

29.05.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ən-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun Klublararası Dünya Çempionatında iştirakı gözlənilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, portuqaliyalıya turnirdə iştirak edən klubların bir neçəsindən real təklif var.

Mətbuatda yayılan xəbərlərdə "Ən-Nəsr"in bu gün (29 may) 40 yaşlı futbolçu ilə vidalaşacağına dair açıqlama verəcəyi qeyd olunur.

Xatırladaq ki, 2025-ci il Klublararası Dünya Çempionatı 14 iyun - 13 iyul tarixlərində ABŞ-də keçiriləcək. Yarışda 32 komanda iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью