Ronaldu Kolumbiya ilə heç heçədən sonra rəqibi təriflədi

28.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Portuqaliya futbol millisinin hücumçusu Kriştianu Ronaldu DÇ-2026-nın qrup mərhələsində Kolumbiya ilə oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, üçüncü turun görüşü 0:0 hesabı ilə başa çatıb.

Ronaldu matçdan sonra rəqib komandanın güclü olduğunu bildirib:

“Kolumbiya çox yaxşı komandadır, güclüdür. Çox güclüdür”.

Görüş gərgin mübarizə şəraitində keçsə də, komandalar qapılarını toxunulmaz saxlamağı bacarıblar. Heç-heçə hər iki yığmanın pley-offa yüksəlməsi üçün kifayət edib.

Portuqaliya 1/16 finalda 3 iyulda Xorvatiya ilə qarşılaşacaq. Kolumbiya isə 4 iyulda Qana ilə üz-üzə gələcək.

Qeyd edək ki, Ronaldu qrup mərhələsində iki qol vurub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью