Ronaldu “Mançester Siti”yə keçəcək?

29.12.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu “Mançester Siti” klubunun hazırkı vəziyyətini yaxşılaşdırmaq üçün həmin kluba keçməyə razı olub-olmayacağı sualına cavab verib.

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Transfer pəncərəsi zamanı “Mançester Siti”yə kömək əlini uzadacağammı? Nə olacaq heç vaxt bilinmir. - 39 yaşlı portuqaliyalının sözlərini Manchester Evening News sitat gətirib.

Xatırladaq ki, Kriştianu Ronaldu 2003-2009 və 2021-2022-ci illərdə "Mançester Yunayted"də çıxış edib.

Hücumçu 2023-cü ilin dekabrından Səudiyyənin "Əl-Nəsr" komandasında çıxış edir və onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Ronaldunun transfer qiyməti 12 milyon avro olaraq qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью