Ronaldu: “Məhz o, məni əsl kişi etdi”

07.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliyalı ulduz Kriştianu Ronaldu Aleks Ferqusonun onun həm futbolçu, həm də şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynadığını açıqlayıb.

İdman.Biz “The Touchline”yə istinadən xəbər verir ki, 2003-2009-cu illərdə şotlandiyalı mütəxəssisin rəhbərliyi altında “Mançester Yunayted”də çıxış edən Ronaldu sabiq məşqçisinin ona təsirindən danışıb.

“Ser Aleks Ferquson gənc futbolçuların əsl kişiyə çevrilməsinə kömək edən məşqçidir. Məhz o, mənim üçün bunu etdi”, - deyə portuqaliyalı bildirib.

2016-2018-ci illərdə “Mançester Yunayted”ə rəhbərlik etmiş Joze Mourinyo da Ferqyuson haqqında fikirlərini bölüşüb.

“Ser Aleks Ferquson bizim bossumuzdur. Bütün məşqçilərin bossudur”, - deyə Mourinyo qeyd edib.

Xatırladaq ki, Aleks Ferqyuson 1986-cı il noyabrın 6-da “Mançester Yunayted”in baş məşqçisi təyin olunub və 2012/2013 mövsümünün sonuna qədər komandaya rəhbərlik edib.

Şotlandiyalı mütəxəssis bu müddətdə İngiltərə klubu ilə 13 dəfə Premyer Liqanın, iki dəfə isə Çempionlar Liqasının qalibi olub.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью