Ronaldu Messiyə görə klubunu dəyişməyə qərar verdi SON DURUM

08.01.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əl-Nəsr"ın hücumçusu Kriştianu Ronaldu klubunu dəyişmək fikrinə düşüb. 

Fanat.Az xəbər verir ki, məlumatı "Talk Sport" yayıb.

Mənbənin məlumatına görə, portuqaliyalı ulduz azad agent kimi Səudiyyə Ərəbistanının başqa komandasına - "Əl-Hilal"a keçə bilər. Onun hazırki klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatır.

Vurğulanıb ki, forvard bunu əzəli rəqibi, "İnter Mayami"də çıxış edən Lionel Messi ilə son görüş üçün edə bilər. Ronaldu bu addımı atmaqla bu yay argentinalının da qatılacağı klublararası dünya çempionatında iştirak edə biləcək.

“Əl-Hilal” qrup mərhələsində Ronaldunun keçmiş komandası “Real Madrid”lə qarşılaşmasının mümkünlüyü də qeyd olunub.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью