Ronaldu MLSdə Messidən daha çox qol vurar

17.12.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

"Mançester Yunayted"in keçmiş hücumçusu Lui Saha Kriştianu Ronaldonun MLS-də oynayacağı halda, Lionel Messidən daha uğurlu olacağını deyib. 

Fanat.Az xəbər verir ki, Saha bu barədə "Complete Sports"-a belə deyib: 

"Messi mövsüm ərzində cəmi 20-21 qol vura bilib. Baxmayaraq ki, yanında əla komanda yoldaşları var. Messi indi o deyil. O, meydanda sadəcə gəzir. Kriştianu isə hələ də rekordları qırmağa çalışır”. 

Xatırladaq ki, Lionel Messi bu il MLS-də "İnter Mayami" klubunun heyətində 22 oyun keçirib, 21 qol vurub və 11 məhsuldar ötürmə edib. Kriştianu Ronaldu "Əl-Nəsr" klubunda Səudiyyə Ərəbistanı çempionatında çıxış edir.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью