Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Səudiyyənin “Əl-Nəsr” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliya Futbol Federasiyasının (FPF) 2026-cı il üzrə keçirdiyi “Portugal Football Globes” mükafatlandırma mərasimində heç bir fərdi mükafat qazanmayıb.
İdman.Biz xəbər verir ki, tədbirdə Portuqaliya futbolunun il ərzində fərqlənən nümayəndələri təltif olunublar. Mükafat alanlar arasında Nunu Mendeş, Vitinya, Joau Neveş və Qonsalu Ramuş da olub. PSJ ilə uğur qazanan bu futbolçular “İlin ulduzları” mükafatına layiq görülüblər.
Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jezuş “Prestij” mükafatını, Luis Kampuş isə “Dünya təsiri” nominasiyasının mükafatını alıb. “Torreense”nin çalışdırıcısı Luis Tralyau ilin məşqçisi seçilib.
Mərasimdə Kriştianu Ronaldunun adı mükafatçılar siyahısında yer almayıb. 2025-ci ildə isə portuqaliyalı ulduz həmin tədbirdə “Globo Prestígio” mükafatına layiq görülmüşdü.