Ronaldu qol vurdu, ƏlNəsr...

22.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda portuqaliyalı superulduz Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" "Əl-Kadisiya"nı qəbul edib.

Fanat.Az xəbər verir ki, oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 32-ci dəqiqədə Ronaldu açsa da, 5 dəqiqə sonra tarazlıq bərpa edilib. İkinci hissənin əvvəllərində isə Pyer-Emerik Obameyanq oyunda son nöqtəni qoyub.

11 oyuna 22 xal toplayan "Əl-Nəsr" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub. Lider "Əl-Hilal" isə 10 oyuna 28 xal toplayıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью