Ronaldu yeni klub alır

17.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Portuqaliya millisinin və "Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu yeni klub almağa hazrlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

40 yaşlı hücumçu İspaniya Sequndasında mübarizə aparan “Almeriya”nın ortaq sahibi olacaq.

Futbolçu "SMC Group"un səhmlərini almaq və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilməyə yaxındır.

Qeyd edək ki, "Almeriya" hazırda 39 turdan sonra 62 xalla 2-ci divizionun turnir cədvəlində 6-cıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью