Ronaldudan əla döyüşçüsü olardı MMA çempionu

15.02.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Keçmiş MMA çempionu Fransis Nqannu "Əl-Nəsr"in ulduz portuqaliyalı hücumçusu Kriştianu Ronaldu haqqında danışıb. 

Fanat.Az xəbər verir ki, "Goal" kamerunlu döyüşçünün dediklərini belə çatdırıb: 

"Ronaldu qarışıq döyüş sənətinin böyük pərəstişkarıdır. O, inanılmaz dərəcədə zəhmətkeşdir, nizam-intizamlıdır və iddialıdır. Bu, MMA döyüşçüsü olmaq üçün tələb olunan vacib amildir. Ronaldu əla döyüşçü olardı".

Xatırladaq ki, Kriştianu Ronaldunun bu yaxınlarda 40 yaşı tamam olub. Portuqaliyalı forvard 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Bundan əvvəl o, “Mançester Yunayted”, “Yuventus”, “Real Madrid” və “Sportinq”də oynayıb.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью