Ronaldunun komandası yenə məşqçisini dəyişir SON DURUM

28.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu mövsümün sonunda baş məşqçisi Stefano Pioli ilə yollarını ayıracaq.

Fanat.Az xəbər verir ki, məlumatı italiyalı jurnalist Canluici Lonqari yayıb. 

Mənbənin məlumatına görə, klub rəhbərliyi italiyalı mütəxəssisin Pro Liqada bu mövsümkü çıxışından razı deyil. Nəticələr onların gözlədiyi kimi olmayıb. Piolinin rəhbərliyi altına 33 oyun keçirən "Əl-Nəsr" 21 qələbə qazanıb, 6 heç-heçə edib və 6 məğlubiyyət alıb. Səudiyyə Ərəbistanının elitasında "dominant olmayan nəticə" sayəsində Piolinin yetirmələri 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və lider "Əl-İttihad"dan 10 xal geri qalır.

Bu arada, İtaliya mətbuatı Piolinin İtaliyaya qayıdacağını iddia edir. Təcrübəli məşqçi ilə A Seriyasının iki klubu maraqlanır ki, onlardan biri "Milan"dır.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью