Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Kriştianu Ronaldunun növbəti uğuru Messini geridə qoyub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Asiya Çempionlar Liqasında Qətərin "Əl-Qarafa" klubuna qarşı keçirilən matçında (3:1) dubl edərək uğurunu təkrarlayıb.
Matç bazar ertəsi baş tutub və 39 yaşlı oyunçunun ikinci qolu cari təqvim ilində onun 40-cı qolu olub.
Hücumçu karyerasında bu göstəriciyə 13-cü dəfə nail olub. Bununla da Kriştianu Ronaldu Lionel Messini geridə qoyub - argentinalı bu rekorda 12 dəfə nail olub.
Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Futbolçunun Səudiyyə Ərəbistanı klubundakı mövcud müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.