Ronaldunun oğlu Portuqaliya yığmasında ilk qollarını vurdu

18.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Qızıl top"un beşqat sahibi Kriştianu Ronaldunun oğlu Kriştianu dos Santos Portuqaliya U15 millisində debüt qollarını vurub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, kiçik Kriş Xorvatiyada keçirilən turnir matçında fərqlənib. O, yarışın ev sahibləri ilə oyunda dubl edərək matçın ən yaxşı oyunçusu seçilib.

Qeyd edək ki, 14 yaşlı Dos Santos atasının çıxış etdiyi Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubu akademiyasının üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью