Ronaldunun qol və asisti Ən Nəsr ə qələbə gətirdi

30.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanı Pro Liqasında 18-ci turun görüşləri keçirlir.

Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" səfərdə "Ər-Raed"lə üz-üzə gəlib.

Oyunda hesabı qonaqlar açıblar. Komandanın ulduz kapitanı Kriştianu Ronaldu bu mövsüm çempionatdakı 15-ci qolunu vurub.

"Ən-Nəsr"in ikinci qolu da portuqaliyanın məhsuldar ötürməsindən sonra qeydə alınıb.

Hərçənd meydan sahibləri buraxılan toplardan birinin əvəzini çıxsalar da, onların yeganə qolu xal qazanmaq üçün kifayət etməyib - 1:2.

Hazırda "Ən-Nəsr" 38 xalla yarış cədvəlində ilk üçlüyü qapayır. "Ər-Raed" isə 14 xalla 15-ci pillədə qərar tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью