Ronaldunun rekorduna şərik oldu

22.10.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann UEFA Çempionlar Liqasının əsas mərhələsində "Vilyarreal"a (İspaniya) vurduğu qolla yeni göstəriciyə imza atıb.

"Ölkə.az" xəbər verir ki, norveçli forvard həm klub və həm də millidə ardıcıl 12 matçda minimum bir qol vurmaqla Portuqaliya yığmasının üzvü Kriştianu Ronaldunun rekorduna şərik olub.

Qeyd edək ki, hazırda davam edən "Vilyareal" - "Mançester Siti" matçında "şəhərlilər" 2:0 hesabı ilə öndədirlər. Oyunda qolları Erlinq Holann (17) və Bernardu Silva (40) vurublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью