Ronaldunun sevgilisi yeni evini göstərdi

25.11.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ən-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges yeni evinin fotosunu çəkib.

Oxu.Az xəbər verir ki, qadın şəkli sosial şəbəkə səhifəsində dərc edib.

Məlumdur ki, Ronaldu və Corcinanın artıq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda dəbdəbəli evləri var. Onlar qonşu Bəhreyndə də evə sahibdirlər. Buna baxmayaraq, qadın möhtəşəm interyerin fotosunu dərc edərək, yeni ev aldıqlarını elan edib.

Bunun hansı ev olduğu və Ronaldu ilə Corcinanın hansı şəraitdə ora köçdüyü hələlik dəqiq bilinmir. Yalnız məlumdur ki, bu mülk də Ər-Riyadda yerləşir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью