Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi

01.10.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Portuqaliya millisindən icazəsiz ayrıldığı üçün Kriştiano Ronaldoya 6 aylıq diskvalifikasiya cəzası verilə bilər.

BAKU.WS "A Bola" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının intizam qaydaları belə hallara görə futbolçunun cəzalandırılmasını nəzərdə tutur. Ronaldo cərimələnə və ya 1 aydan 6 aya qədər millidən uzaqlaşdırıla bilər.

41 yaşlı futbolçu milli komandada 146 qolla tarixin ən məhsuldar oyunçusu və 234 matçla ən çox oyun keçirən futbolçudur.

Xatırladaq ki, Portuqaliya oktyabrın 1-də Millətlər Liqasında Danimarka ilə qarşılaşacaq. Portuqaliya iki turdan sonra 6 xalla A4 qrupuna liderlik edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью