“Rosatom” Buşehr AES ə işçilərini yaxın həftələrdə qaytarmağı planlaşdırır

26.06.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın Buşehr atom elektrik stansiyasında vəziyyət sabit qalarsa, Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” yaxın həftələrdə işçilərini geri göndərməyi planlaşdırır.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə şirkətin rəhbəri Aleksey Lixaçev bildirib.

Qeyd edək ki, Buşehrdə iki yeni blok tikən “Rosatom” ABŞ və İsrailin 28 fevralda İrana qarşı müharibəyə başlamasından sonra yüzlərlə işçisini təxliyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью