“Rosatom”: Mütəxəssislər iyulun ortalarında Buşəhr AES ə qayıda bilərlər

06.07.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Qahirə, 6 iyul, AZƏRTAC

Regionda vəziyyət tam sabitləşsə, rusiyalı mütəxəssislər İrandakı Buşəhr Atom Elektrik Stansiyasına (AES) bu ayın ortalarında qayıda bilərlər.

AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev deyib.

O əlavə edib ki, hazırda AES-də vəziyyət sabitdir. Belə davam edərsə, iyulun ortalarında bir neçə rusiyalı mütəxəssis orada yenidən işə başlaya bilər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью