Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Rosatom”un baş direktoru Aleksey Lixaçev Ermənistanda səfərdədir.
“Sputnik Armenia” xəbər verir ki, Lixaçev ötən gün axşam İrəvana gedib.
Məlumata görə, bu gün onun Ermənistanın Baş naziri Nikol Paşinyan və Baş nazirin müavini Mqer Qriqoryanla danışıqları planlaşdırılır.
Danışıqların gündəliyində enerji sahəsində ikitərəfli qarşılıqlı fəaliyyət, həmçinin, atom elektrik stansiyası məsələsinin müzakirəsi və enerji blokunun işinin uzadılması yer alıb.