“Roşka” ləqəbli tiktoker həbs edilib

27.11.2024

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən "Roşka” ləqəbli Rövşən Süleymanov həbs edilib.Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.


Məlumata görə, məhkəmənin qərarı ilə onun barəsində 45 gün müddətinə inzibati qaydada həbs seçilib. Tiktoker saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib. 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью