“Roşka” ləqəbli TikToker Rövşən Süleymanovun məhkəməsi davam edir: “Özümü təqsirli bilmirə…
Bizimyol saytına istinadən Icma.az xəbər verir. Narkotik ittihamı ilə həbsdə olan “Roşka” ləqəbli TikToker Rövşən Süleymanovun məhkəməsi dav
Bizimyol.info xəbər verir ki, ilkin məhkəmə iclasında ona dövlət hesabına vəkil təyin olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 22-də keçirilən məhkəmə prosesində o, dövlət hesabına vəkildən imtina edib.
Məlum olub ki, ailəsi özləri istədikləri vəkillə müqavilə bağlayıb.
Hakim Roman Ələkbərlinin sədrliyilə keçirilən məhkəmə prosesində daha sonra prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edib.
İttihama əsasən, Rövşən Süleymanov bu il yanvarın sonunda saxlanılarkən üzərindən narkotik maddə tapılıb.
Qeyd edək ki, TikToker həbs olunarkən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda ittiham dəyişib.
Ona qarşı nisbətən daha yüngül maddə - Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi oımadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.
Tam oxu
Xəbəri oxu