Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzədənin cinayət işi üzrə bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə iclası baş tutmayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilməsi planlaşdırılan proses təqsirləndirilən şəxs məhkəmə zalına gətirilmədən qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Rövşən Süleymanzadənin cinayət işi ilə bağlı məhkəmə sonuncu mərhələdədir. Onunla bağlı cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb, bu gün yekun qərarın elan edilməsi gözlənilirdi.
Xatırladaq ki, "Roşka" ləqəbli tiktoker canlı yayımlarda əxlaqsızlığın, narkotiklərin təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu ilin yanvar ayında saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
R.Süleymanzadənin haqqında Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.