“Roşka” yenə eyni əmələ görə həbs olundu KONKRET

27.11.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən “Roşka” ləqəbli Rövşən Süleymanov həbs edilib.

KONKRET.az xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində 45 gün müddətinə inzibati qaydada həbs seçilib.

Qeyd olunur ki, tiktoker saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.//Qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью