Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Roskomnadzor” (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) hazırda Rusiyada teleqram mesencerinə qarşı hər hansı yeni məhdudiyyətlər tətbiq etmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bununla “Roskomnadzor” teleqramın Rusiyada bloklanması ilə bağlı yayılan məlumatları təkzib edib.
Məlumata görə, istifadəçilərin son günlər yaşadığı texniki problemlər bloklanma ilə əlaqəli deyil. Bildirilir ki, daha əvvəl messencerin bəzi funksiyalarına qismən məhdudiyyətlər tətbiq edilsə də, bu addımlar ümumi bloklanma anlamına gəlmir.
Xatırladaq ki, daha əvvəl mətbuatda “Roskomnadzor”un teleqram mesencerinə qarşı yeni məhdudiyyətlər tətbiq etməsi ilə bağlı xəbərlər yayılmışdı. İddia olunurdu ki, məhdudlaşdırıcı tədbirlər mesencerin Rusiya seqmentində videoların yüklənməsi sürətinin aşağı düşməsinə səbəb olub.