Rosneft Aİ nin Hindistandakı NEZ ə qarşı sanksiyalarına görə isterikaya düşüb | Icma.az
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın "Rosneft” neft şirkəti Avropa İttifaqının Hindistanda yerləşən törəmə şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara görə narahatlığını ifadə edib.
Söhbət "Nayara Energy” adlı neft emalı zavodundan gedir. Aİ bu şirkəti Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiya paketinə daxil edib.
Qaynarinfo "Bloomberg”ə istinadla yazır ki, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünü pisləmək məqsədilə yeni məhdudiyyətlər tətbiq edib.
Bu tədbirlərə Hindistanda yerləşən və "Rosneft”in 49,13% paya sahib olduğu neft emalı zavoduna qarşı sanksiyalar da daxildir.
Məqsəd – Rusiya neftinin Hindistana ixracı ilə əldə olunan gəlirləri azaltmaqla Kremlin enerji gəlirlərini məhdudlaşdırmaqdır.
"Rosneft”in yaydığı bəyanatda deyilir: "Nayara Energy”nin səhmdarları heç vaxt dividend almayıb, yığılmış mənfəət yalnız Hindistandakı neft emalı, neft-kimya və pərakəndə satış şəbəkəsinin inkişafı üçün istifadə olunub”.
"Nayara Energy” sutkada 400 min barrel gücündə neft emalı zavodunu istismar edir və Hindistan üzrə 7000-ə yaxın yanacaqdoldurma məntəqəsinə sahibdir.
Tam oxu
Xəbəri oxu