“Rosneft” in mənfəəti kəskin azalıb

02.12.2025

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

"Rosneft"in 2025-ci ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 70% azalıb.

“AzPolitika” xəbər verir ki, şirkətin Rusiya mediasında yayımlanan hesabatından belə aydın olur.

İlk doqquz ayda "Rosneft" 277 milyard rubl qazanıb, bu da bir il əvvəlki dövrə aid 926 milyard rubl mənfəətdən 700 milyarda yaxın azdır.

Digər yandan, "Rosneft"in mənfəətinin azalması sürətlənməkdədir. Şirkət birinci rübdə 170 milyard rubl, ikinci rübdə 74 milyard, üçüncü rübdə isə cəmi 32 milyard rubl qazanıb ki, bu da ötən ilin iyul-sentyabr ayları ilə müqayisədə 80% azalma deməkdir.

Buna səbəb Rusiya neftinin aşağı qiymətləri, xarici markalara görə artan endirimlər, tanker donanmasına qarşı yeni sanksiyalar və qismən rublun möhkəmlənməsidir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью