Rosqvardiya rəhbərinin keçmiş müavini saxlanılıb

07.07.2025

Icma.az bildirir, Apa.az portalına istinadən.

Rusiya Milli Qvardiya (Rosqvardiya) rəhbərinin keçmiş rəis müavini Viktor Striqunov saxlanılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur.

Striqunov 2016-cı ildə Rusiya Milli Qvardiyasının Sibir dairəsinin komandanı təyin edilib. 2021-ci ildə o, Rosqvardiya rəhbərin birinci müavini olub, 2023-cü ildə isə tutduğu vəzifədən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью