Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Azərbaycan urbanizasiya və dayanıqlı inkişaf sahəsində yüksək məsuliyyət və ardıcıl yanaşma nümayiş etdirib.
BAKU.WS xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində deyib.
O bildirib ki, Azərbaycan həyata keçirdiyi təşəbbüslərlə güclü iradə, strateji baxış və işə yüksək səviyyədə sadiqlik ortaya qoyub.