Rostov vilayətində yanğında 6 nəfər ölüb

12.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyanın Rostov vilayətinin Semikarakorsk rayonunda fərdi evdə baş vermiş yanğın nəticəsində altı nəfər həlak olub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-nə keçən gecə baş vermiş yanğın saat 05:25-də (Bakı vaxtı ilə 06:25) tam söndürülüb.

“6 nəfər (böyük) həlak olub”, – mətbuat xidməti vurğulayıb.

Qeyd olunub ki, yanğının söndürülməsi üçün Rusiya FHN-dən şəxsi heyətdən 11 nəfər və 4 texnika cəlb edilmişdi.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью