Rostov yaxınlığında neft terminalı yanır

12.10.2026

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rostov yaxınlığında neft terminalı yanır


Astra tərəfindən aparılan OSINT təhlili göstərir ki, hələ də Novoşaxtinsk Neft Emalı Zavodunun neft terminalı yanır.
OSINT təhlili göstərir ki,Rusiya təbliğatçılarının iddia etdiyi kimi "qamışlar" yox, neft terminalı yanır,.

10 oktyabr gecəsi Rusiyanın Rostov bölgəsində NZNP neft terminalı pilotsuz təyyarə hücumundan sonra yanmağa davam edir. Oxuməni.az xəbər verir ki, bu barədə özünü müstəqil kimi təqdim edən Rusiyanın Astra nəşri Telegram-da məlumat yayıb.
Yanğın videolarını yayımlayan yerli Rusiya ictimai qrupları "qamışların" yandığını iddia edirlər.

Astra-nın OSINT təhlili göstərir ki, 10 oktyabr gecəsi hücuma məruz qalan Novoşaxtinsk Neft Emalı Zavodundakı neft doldurma terminalı hələ də yanır.

Daha əvvəl xəbər verdiyimiz kimi, 10 oktyabr şənbə günü gecə Rostovdakı Novoşaxtinsk Neft Emalı Zavoduna dronlar hücum edib. Hücum nəticəsində neft terminalında böyük yanğın baş verib.

Əziz MUSTAFA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью