Rostovda aerodrom vuruldu: 3 təyyarə, 3 helikopter məhv edildi

17.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Rostovdakı hərbi aerodroma endirilən zərbə nəticəsində “An-12” tipli bir təyyarə, iki “An-26” təyyarəsi və daha 3 helikopterin məhv edildiyi təsdiqləyib.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat yayıb.

Zelenski Qara dənizdə də yaxşı nəticələrin əldə edildiyini də bildirib:

“Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir”.

Qeyd edək ki, Ukrayna ordusu sentyabrın 6-da Rusiyanın Rostov şəhərindəki hərbi aerodroma zərbələr endirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью