Rostovda dron hücumu: Qatarın lokomotivi zədələndi, yaralılar var

06.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Rostov-na-Donu şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən dronların hücumu nəticəsində 3 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində Rostov vilayətində qatarın lokomotivi də zədələnib. Hadisə səbəbindən 7 sərnişin qatarının hərəkətində gecikmə yaranıb.

Hadisənin digər detalları barədə məlumat verilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью