Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Rostov şəhərində məşhur rusiyalı ifaçı Akmalın konsertindən görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunur.
Belə ki, çıxışı zamanı müğənni tamaşaçılara musiqiçisini – Robert adlı klaviş ifaçısını təqdim edib. Akmal səhnədən ona müraciət edərək: “Sən erməni olduğunu, yoxsa qüsurlu olmadığını necə sübut edirsən?” – deyib.
Bizim.Media xəbər verir ki, bundan dərhal sonra klaviş ifaçısı azərbaycanlı istifadəçilərin Aftandil İsrafilovun “Basqalı” kimi tanıdığı melodiyasını ifa edib.
Qeyd edək ki, Akmal melodiyanı özünün sevimli əsəri adlandırır. Lakin məlum olduğu kimi, ifaçı sevdiyi bəstənin müəllifini və mənşəyini bilmir.
Bizim.Media