Rostropoviçlərin ev muzeyində uşaqlar üçün bayram tədbiri

01.06.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 iyun, AZƏRTAC

Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirin xüsusi qonağı “Doğma mahnılar” kitabının müəllifi və layihə rəhbəri Aysel Zahidqızı olub. O, Bakı şəhəri 1 nömrəli İnternat məktəbinin şagirdləri ilə görüşüb, onlara nağıllar oxuyub və uşaqlar üçün maraqlı interaktiv oyunlar təşkil edib.

Oyunlarda fəallığı ilə seçilən uşaqlara “Doğma mahnılar” kitabı hədiyyə olunub.

Tədbirdə Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında əyləncəli uşaq mahnıları səsləndirilib.

Həmin gün uşaqların bayram sevincini bölüşənlərdən biri də “Qanun” nəşriyyatı olub. Tədbirdə iştirak edən uşaqlara nəşriyyat tərəfindən kitablar hədiyyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью