Rountridən Bakı qələbəsindən sonra cəsarətli açıqlama: Çempion olmaq istəyirəm

22.06.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Amerikalı döyüşçü Xalil Rountri Bakıda keçirilən UFC turnirində həmyerlisi Camal Hilli məğlub etdikdən sonra gələcək planlarından danışıb.

İdman.biz xəbər verir ki, o, hazırkı çempion Maqomed Ankalayevə qarşı mümkün döyüşdən danışıb.

"Çempion olmaq istəyirəm. Maqomed Ankalayevi versələr, döyüşəcəm. Başqası olsa, fərqi yoxdur, yenə döyüşəcəm", - Rountri vurğulayıb.

Qeyd edək ki, Bakıda Hill üzərində qələbəsi Xalil üçün yeni titul yolunda mühüm addım idi.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью