Rövlan Muradov: “Əsas istəyim ölkə xaricində çıxış etməkdir”

04.06.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt” klubu ilə yollarını ayıran Rövlan Muradov karyerasını xaricdə davam etdirə bilər.

Bu barədə İdman.biz-ə 27 yaşlı futbolçu özü məlumat verib.

O bildirib ki, əsas hədəfi və istəyi ölkə xaricində çıxış etməkdir: “Sumqayıt”la müqaviləm bitdi. Yeni müqavilə təklifi olunsa da, razılıq əldə edə bilmədik. Hazırda yerli və xarici klublardan təkliflərim var. Əsas istəyim ölkə xaricində çıxış etməkdir. Yaxın zamanda yeni klubum bilinəcək”.

Qeyd edək ki, Muradov 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edirdi. Bu müddət ərzində 69 matça çıxan təcrübəli müdafiəçi 6 qol və 12 məhsuldar ötürmə müəllifi olub. “Transfermarkt” portalına əsasən onun dəyəri 750 min avrodur.

Mehri Qurban
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью