Rövlan Muradov: Kubok və çempionatda ardıcıl eyni komanda ilə oynamağın təsiri var

10.02.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sumqayıt"la qarşılaşma gözlədiyimiz kimi ağır oldu. Bilirdik ki, bu oyun bizim üçün çox vacibdir və qalib gələrək xal ehtiyatımızı artırıb, turnir cədvəlində önə keçmək istəyirdik". Bu sözləri Sport24.az-a "Zirə"nin yeni transferi Rövlan Muradov deyib.
O, komandasının Misli Premyer Liqasının 19-cu turunda "Sumqayıt"a qalib gəldikləri oyunu şərh edib:
"Şükür ki, yaxşı oyunla qələbə qazandıq. Düzdür, bir neçə matç idi qalib gələ bilmirdik, amma biz statistikaya baxmırıq, hər oyuna qələbə üçün çıxırıq. Kubok və çempionatda ardıcıl eyni komanda ilə oynamağın təsiri var. Rəqibi təhlil etmişdik. Təhlükəli və zəif nöqtələrini bilirdik. Çətin Sumqayıt səfərindən 3 xalla qayıtmağımıza görə sevincliyik. İndi isə, qarşıdakı "Karvan-Yevlax"la oyuna hazırlaşırıq".
Qeyd edək ki, "Sumqayıt" - "Zirə" matçı qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb. hazırda aktivində 32 xal olan "qartallar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью