Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Sumqayıt"la yollarını ayıran Rövlan Muradovun karyerasını hansı klubda davam etdirəcəyi bəlli deyil.
Oxu.Az xəbər verir ki, bu barədə futbolçunun Atası Rövşən Muradov məlumat verib.
O bildirib ki, hazırda futbolçunun təklifləri olsa da, harada oynayacağı ilə bağlı yekun qərar verilməyib.
R.Muradov əlavə olaraq bildirib ki, futbolçunun "Neftçi"yə keçidi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, Rövlan Muradov bu mövsüm "Sumqayıt"ın heyətində bütün turnirlərdə 30 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Anar Həsənov Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.