sport24.az saytına istinadən Icma.az xəbər verir. "Sumqayıt"ın futbolçusu Rövlan Muradov Sport24.az saytına müsahibə verib.
O, son oyunda "Sabah"ı məğlub etdikləri oyundan və komandasının bu mövsüm hədəfindən söz açıb.
- Oyunun favoriti "Sabah" olsa da, onları məğlub edə bildiniz.(0:1) Oyunla bağlı nə deyə bilərsən? - Çox şükür qələbə qazana bildik.
Soyuq havada bizə sona qədər dəstək olan azarkeşlərimizi sevindirməyi bacardıq. Çox ağır oyun oldu. Hava şəraiti müəyyən çətinlik yaradırdı.
"Sabah" komandasının keyfiyyətli futbolçuları var. Sevindirici hal odur ki, sonda qalib gələ bildik.
- Vaqif Cavadovun gəlişindən sonra bu mövsüm uğurlu çıxış edirsiz. Cavadov komanda da nəyi dəyişə bilib?
- Vaqif müəllimin bizə inamı yüksəkdir. Hər bir futbolçuya güvənir.
Bizə meydanda rahat olmağımızı, bir-birimizə və qələbəyə inanmağımızı tövsiyyə edir.